logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Elvira Əfəndiyevadan, Qazax, Azərbaycan

Text size icon-size icon-size

29 avqust 2023, 18:48

Hörmətli cənab Prezident.

İkinci Qarabağ müharibəsi zamanı düşmən üzərində qazanılan hərbi-siyasi Qələbə xalqımızın otuz illik Vətən həsrətinə son qoydu. Ölkəmizin beynəlxalq səviyyədə tanınan əraziləri işğaldan azad edilərək, suveren ərazi bütövlüyümüz bərpa edildi.

Bu günlərdə Laçında, ilk dəfə olaraq, Laçın Şəhəri Günü təntənəli şəkildə keçirildi. Bu sevinci bizə yaşatdığınız üçün Sizə təşəkkürümüzü bildiririk.

Görülən işlər hər birimizin sevincinə səbəb olur. Tanrı Sizi qorusun!

Hörmətlə,

Əfəndiyeva Elvira

Azərbaycan Respublikası, Qazax şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi