Sahilə Orucovadan, Qazax, Azərbaycan
11 sentyabr 2012, 12:00
Çox hörmətli Prezident, cənab İlham Heydər oğlu Əliyev!
Siz, Azərbaycanın dövlət başçısı kimi qazandığınız məhəbbəti atdığınız müdrik addımla – xalqımızın mərd oğlu Ramil Səfərovu azad etməklə, daha da artırdınız. Biz bir daha əmin olduq ki, dövlətimiz, Prezidentimiz Azərbaycanın hər bir vətəndaşının taleyi ilə yaxından maraqlanır. Azərbaycanın mərd və qeyrətli oğlu Ramil Səfərov ölkəmizin təmsilçisi, onun bir zərrəsidir. Ramil elimizin elə bir oğludur ki, o, xalqımızın və bayrağımızın mənfur düşmən tərəfindən təhqir edilməsinə dözmədi, onu layiqli cəzasına çatdırdı. Təbii ki, qeyrətli Azərbaycan zabitinin qürbətdə məhbus həyatı yaşaması hər bir azərbaycanlını üzən bir hadisə idi. Ötən səkkiz il ərzində hamımız Ramilin azadlığa çıxmasını arzu edir və buna ümidimizi itirmirdik. Biz inanırdıq ki, Azərbaycanın qeyrətli oğlunu yalnız xalqımızın mərd oğlu İlham Əliyev azadlığa qovuşdura bilər. Biz heç zaman Ramilin Sizin köməyinizlə azadlığa qovuşacağına ümidimizi itirməmişdik. Sizin Vətənimizə, xalqımıza, xüsusilə də dövlət bayrağına olan sevginiz, bu sevginin digər daşıyıcısı Ramili darda qoya bilməzdi. Ramilin azad olunması həm də Sizin siyasi iradənizin bariz nümunəsidir. Bu onu göstərir ki, Azərbaycan istənilən vasitə ilə öz vətəndaşını, öz ərazisini qorumağa qadirdir.
Azərbaycanın bu gün qüdrətli dövlətə çevrilməsi ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı İlham Əliyevin adı ilə bağlıdır. Azərbaycan durmadan inkişaf edir, regionda və bütün dünyada öz mövqelərini gücləndirir. Sizin rəhbərliyiniz altında aparılan məqsədyönlü, uzaqgörən daxili və xarici siyasət Azərbaycanı öz məqsədinə - Qarabağın azad ediləcəyi günə daha da yaxınlaşdırır. Sizin kimi Ali Baş Komandanı, Ramil Səfərov kimi zabiti olan dövlətin öz əzəm torpaqlarının mənfur düşməndən azad edəcəyi gün uzaqda deyildir.
Dərin hörmətlə,
Orucova Sahilə,
Azərbaycan Respublikası, Qazax rayonu,
Çaylı kəndi.