logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Macarıstan Respublikasının Prezidenti Zati-aliləri cənab Pal Şmittə

Text size icon-size icon-size

19 avqust 2010, 17:57

Hörmətli cənab Prezident,

Macarıstanın milli bayramı – Müqəddəs İştvan günü münasibətilə Sizi və bütün xalqınızı Azərbaycan xalqı adından və öz adımdan ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan-Macarıstan münasibətlərinin inkişafı, dostluq əlaqələrimizin möhkəmlənməsi, istər ikitərəfli qaydada, istərsə də Avropa strukturları çərçivəsində əməkdaşlığımızın dərinləşməsi prosesləri bundan sonra da ardıcıl şəkildə davam edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Macarıstan xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 19 iyul 2010-cu il

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi