İradə Hüseynovadan, Gəncə, Azərbaycan
22 avqust 2023, 18:18
Hörmətli cənab Prezident.
2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı mənfur düşmənlərimizin bir çox şəhərlərimizə raket zərbələri endirmələri nəticəsində insan itkiləri oldu, çox sayda insanın evləri yararsız hala düşdü. Lakin biz bundan sarsılmadıq, döyüşü davam etdirdik. Eyni zamanda, düşmənin törətdiyi fəsadlar müharibənin getdiyi vaxtda Sizin alicənablığınız, humanistliyiniz sayəsində aradan qaldırılmağa başladı və qısa müddətdə böyük işlər görüldü.
Mən də düşmən atəşindən zərər görmüş dinc sakinlərdən biriyəm. Gəncədə evimizin dağılmasına görə ayırdığınız kompensasiyaya görə Sizə dərin minnətdarlığımı bildirirəm.
Ömrünüz uzun olsun, cənab Prezident!
Hörmətlə,
Hüseynova İradə.
Azərbaycan Respublikası, Gəncə şəhəri.