Şahin Məmmədovdan, Bakı, Azərbaycan
22 avqust 2023, 14:29
Hörmətli cənab Prezident.
Sizinlə, dövlətimizlə, xalqımızla və müzəffər Azərbaycan Ordusu ilə fəxr edir, qürur duyuruq. Sizin və Ordumuzun sayəsində qazanılan böyük Zəfər 30 ilə yaxın çəkdiyimiz torpaq həsrətinə son qoydu. Ulu Öndər Heydər Əliyevin müqəddəs vəsiyyətini yerinə yetirərək, müqəddəs Qarabağı özümüzə qaytardığınıza görə Sizə minnətdarıq.
Azərbaycanın döyüş meydanında qazandığı Qələbənin davamı bu gün siyasi və diplomatik müstəvidə davam etməkdədir. Azərbaycan artıq Laçın dəhlizinə nəzarət edir, öz suveren ərazisində Həkəri çayının üzərində “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsini qurub. Bununla barışmayan Ermənistan öz çirkin əməllərini davam etdirir, yalan və iftiraları ilə beynəlxalq ictimaiyyəti çaşdıraraq ölkəmizə təzyiqlər göstərməyə çalışır. “Yalan ayaq tutar, amma yeriməz”, – deyib atalarımız. Ermənistanın budəfəki, yalanları da BMT səviyyəsində ifşa olundu, dünya birliyi əsl həqiqətin nədən ibarət olduğunu gördü.
Əziz Prezidentim, bu uğurlar düzgün strategiyanın, düşünülmüş siyasətin və diplomatiyanın sayəsində əldə olunur. Sizə uzun ömür, möhkəm cansağlığı arzu edirəm. Azərbaycan üçün etdiklərinizə görə çox sağ olun.
Hörmətlə,
Məmmədov Şahin
Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi.