Aprel döyüşləri qazisindən, Bakı, Azərbaycan
18 avqust 2023, 13:40
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan!
Mən Aprel döyüşləri qazisiyəm. “YAŞAT” Fondunu yaratdığınız üçün Sizə təşəkkür edirəm. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək olan bu Fondun ötən dövr ərzində çox əhəmiyyətli olduğunu gördük. Bu kateqoriyadan olan şəxslərin müxtəlif istiqamətlərdə müraciətlərinə xüsusi həssaslıqla və diqqətlə yanaşılır, həlli istiqamətində operativ tədbirlər həyata keçirilir. Həmçinin şəhidlərin ailə üzvləri və müharibədə yaralanan şəxslərlə görüşlər keçirilir, onların ehtiyacları qeydə alınır və uğurla icra olunur. Biz görürük ki, ölkəmizin ərazi bütövlüyünün müdafiəsi zamanı yaralanan şəxslərin və şəhid ailələrinin məişət şəraitinin yaxşılaşdırılması, onların tibbi xərclərinin ödənilməsi “YAŞAT” Fondunun fəaliyyətində əsas yerləri tutur. Fond tərəfindən qazilərimizin müalicəsi üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.
Əziz Prezidentimiz, Sizin müdrikliyiniz və yüksək idarəçilik bacarığınız sayəsində həm dövlətimiz, həm xalqımız saysız-hesabsız uğurlar əldə edir, narahatlıq doğuran məsələlər həll olunur.
Həyatınız daim firavan, uğurlarınız bol olsun!
Hörmətlə,
Ağayev Yaşar, Aprel döyüşləri qazisi.
Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.