Səbuhi Kərimovdan, Tərtər, Azərbaycan
Text size
16 avqust 2023, 17:51
Əziz Prezident, cənab Ali Baş Komandan.
Sizin rəhbərliyinizlə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həll edilməsi, hər cür qayğı ilə əhatə olunması təşkil edir. Bu gün dövlət idarə və təşkilatlarında Sizin müdrik siyasətiniz uğurla həyata keçirilir və bu, Böyük Sərkərdəmizin bizə olan diqqətinin təminatıdır.
Sizə şəhid övladı olaraq sonsuz təşəkkür edirəm.
Hörmətlə,
Kərimov Səbuhi, şəhid ailəsinin üzvü.
Azərbaycan Respublikası, Tərtər şəhəri.