Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 aprel tarixli 613 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Aviasiya təhlükəsizliyinə dair Dövlət Proqramı”nda və 2019-cu il 27 iyun tarixli 756 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Uçuşların təhlükəsizliyinə dair Dövlət Proqramı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
05 avqust 2023, 12:24
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 aprel tarixli 613 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 4, maddə 292; 2017, № 1, maddə 50; 2018, № 9, maddə 1840, № 11, maddə 2263; 2019, № 3, maddə 430, № 5, maddə 823; 2020, № 8, maddə 1042; 2022, № 5, maddə 475, № 9, maddə 1028; 2023, № 3, maddə 351, № 4, maddə 500) ilə təsdiq edilmiş “Aviasiya təhlükəsizliyinə dair Dövlət Proqramı”nın 2.2.15-ci yarımbəndində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 756 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 6, maddə 1047; 2022, № 5, maddə 463, № 9, maddə 1028) ilə təsdiq edilmiş “Uçuşların təhlükəsizliyinə dair Dövlət Proqramı”nın 4.2.4-cü yarımbəndində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi haqqında əsasnamələrin” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi haqqında Əsasnamə”nin” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 avqust 2023-cü il