Rəcəb Əliyevdən, Bakı, Azərbaycan
03 avqust 2023, 17:30
Hörmətli cənab Prezident.
Son illər Azərbaycanda səhiyyə sektorunun inkişafı ilə bağlı islahatların həyata keçirilməsi, mühüm dövlət proqramlarının qəbul olunması, əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, vətəndaşların ən yüksək səviyyədə tibbi xidmətlərlə əhatə olunması Sizin bu sahəyə xüsusi diqqətinizdən irəli gəlir.
Bu günlərdə səhhətimdə olan problemlə bağlı tibb müəssisələrindən birinə müraciət etdim və icbari tibbi sığortadan yararlanaraq ödənişsiz tibbi xidmətlərdən istifadə etdim. Tibbi xidmətin keyfiyyətindən və yaradılan şəraitdən çox məmnun qaldım.
Vətəndaşların sağlamlığının qorunması naminə görülən bütün işlərə görə Sizə təşəkkür edir, gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
Əliyev Rəcəb Bəxtiyar oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri.