“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
02 avqust 2023, 13:17
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 890; 2016, № 3, maddə 428, № 11, maddə 1768, № 12, maddə 2016; 2017, № 5, maddə 739; 2018, № 11, maddələr 2187, 2200; 2019, № 1, maddə 29, № 2, maddə 201, № 6, maddə 1005; 2020, № 7, maddə 857; 2021, № 5, maddə 429; 2022, № 7, maddə 698; 2023, № 4, maddə 450) aşağıdakı dəyişikliklər edilsin:
1. 2.2-ci maddədən “və maliyyə bazarları sahəsində aparılan yoxlamalara” sözləri çıxarılsın.
2. Aşağıdakı məzmunda 2.2-3-cü maddə əlavə edilsin:
“2.2-3. Maliyyə bazarları sahəsində aparılan yoxlamalar “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tənzimlənir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 iyul 2023-cü il