“Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
02 avqust 2023, 13:05
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:
“Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 8, maddə 747; 2008, № 11, maddə 960; 2015, № 4, maddə 350; 2016, № 3, maddə 418; 2019, № 1, maddə 31, № 4, maddə 599) aşağıdakı dəyişikliklər edilsin:
1. 2.1-ci maddəyə “Auditor xidməti haqqında” sözlərindən sonra “, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” sözləri əlavə edilsin.
2. 8.9-cu maddənin üçüncü cümləsindən “və maliyyə bazarlarına nəzarət orqanına ödənilən haqlardan” sözləri çıxarılsın.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 iyul 2023-cü il