“Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
02 avqust 2023, 12:56
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:
“Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 9, maddə 1820; 2019, № 1, maddə 42, № 4, maddə 591, № 7, maddə 1179; 2022, № 7, maddə 715, № 12, maddə 1377; 2023, № 4, maddə 449) aşağıdakı dəyişikliklər edilsin:
1. 12.3-cü maddədən “İdarə Heyətinin” sözləri çıxarılsın.
2. 21.13-cü maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Kənar dövlət maliyyə nəzarəti Azərbaycan Respublikası Mərkəzi Bankının yalnız inzibati-təsərrüfat fəaliyyətini əhatə edir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 iyul 2023-cü il