logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

“Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Text size icon-size icon-size

02 avqust 2023, 12:46

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci, 20-ci və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:

“Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 1, maddə 37) 17-ci maddəsinin “Qeyd” hissəsinə “İnvestisiya fondları haqqında” sözlərindən sonra “, “Valyuta tənzimi haqqında” sözləri əlavə edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 iyul 2023-cü il

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi