“Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
01 avqust 2023, 12:33
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:
“Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 10, maddə 870; 2007, № 11, maddə 1088; 2008, № 2, maddə 49, № 4, maddə 249, № 6, maddə 464; 2009, № 7, maddə 517; 2010, № 4, maddə 276; 2014, № 10, maddə 1164; 2016, № 12, maddə 2015; 2017, № 6, maddə 1026; 2018, № 7 (I kitab), maddə 1391; 2019, № 4, maddə 599) 16.3-cü maddəsində “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Azərbaycan Respublikasının Mərkəzi Bankı” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 iyul 2023-cü il