“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
01 avqust 2023, 12:21
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:
“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 1, maddə 8; 2005, № 1, maddə 1, № 8, maddə 700; 2006, № 2, maddə 70; 2008, № 2, maddə 49; 2010, № 4, maddə 265; 2012, № 1, maddə 2, № 7, maddə 651; 2013, № 12, maddə 1479; 2014, № 2, maddə 78, № 7, maddə 769, № 11, maddə 1356, № 12, maddə 1526; 2015, № 11, maddə 1259; 2016, № 4, maddə 644, № 10, maddə 1606; 2017, № 5, maddələr 709, 724, № 10, maddə 1775; 2018, № 12 (I kitab), maddələr 2471, 2531; 2019, № 1, maddələr 16, 21, № 2, maddə 176, № 6, maddə 999, № 7, maddə 1203; 2020, № 6, maddə 675, № 8, maddə 1017, № 11, maddələr 1323, 1335; 2021, № 12, maddə 1312; 2022, № 8, maddə 827; 2023, № 1, maddələr 2, 41, № 2, maddə 179; Azərbaycan Respublikasının 2023-cü il 2 may tarixli 865-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1. Aşağıdakı məzmunda 15.9.3-1-ci maddə əlavə edilsin:
“15.9.3-1. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “Kredit ittifaqları haqqında”, “Valyuta tənzimi haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunlarından irəli gələrək lisenziyanın (icazənin) verilməsi, fəaliyyətə başlama üçün qeydiyyatın (reyestrin) aparılması və nəzarətin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankına;”.
2. 16.2.4-cü maddədə “müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun” sözləri “Azərbaycan Respublikası Mərkəzi Bankının” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 iyul 2023-cü il