Bedri Üstünerdən, İstanbul, Türkiyə
11 sentyabr 2012, 11:20
Hörmətli İlham Əliyev
Əvvəlcə hörmətlərimi çatdırıram. Allah Sizi daha da müvəffəqiyyətli etsin, inşallah. Sonra atanız möhtərəm Prezident Heydər Əliyevi hörmətlə yad edirəm və Tanrıdan rəhmət diləyirəm.
Cənab Prezident,
Mən Türkiyə Silahlı Qüvvələrindən təqaüdə çıxmış zabitəm. Bu günə qədər həmişə gözəl işlər gördüyünüzü təqdir edirəm və Sizinlə qürur duyuram. Amma ən son eşitdiyim və qəzetdən oxuduğum bu gözəl əməliniz haqqında xəbər məni daha çox sevindirdi. Mən də Sizin yerinizdə olsaydım belə edərdim. Sizə “Halal olsun!”, “Allah Sizdən razı olsun!” deyirəm. Bu iş ancaq belə görülür...
Əfv etdiyiniz cəsur zabit Ramil Səfərovun bütün hərbi hissələrdə heykəli ucaldılmalı, hər kəsə, bütün Azərbaycan əsgərlərinə örnək, nümunə göstərilməlidir.
Mən Sizdən yaşca böyük olduğum üçün gözlərinizdən öpürəm. Yoxsa əllərinizdən öpərdim.
Millətçilik, vətənsevərlik, mərdlik budur... Yoxsa bu işlər sözlə olmaz.
Türk milləti ilə düşmənçilik edən insanlarla daim mübarizə aparmaq lazımdır. Mənim babam da əsgər idi və həmişə bunlarla mübarizə aparmışdır...
Bu səbəblə etdiklərinizin hamısını təqdir edir, ehtiramla gözlərinizdən öpürəm. Uca Allah uğurlarınızı daha da yüksək etsin...
Hörmətlə,
Bedri Üstüner, təqaüddə olan polkovnik-leytenant.
Türkiyə Respublikası, İstanbul şəhəri.