“Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
31 iyul 2023, 12:28
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:
“Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 8, maddə 1361) aşağıdakı dəyişikliklər edilsin:
1. 2.1-ci maddəyə “Mülki Məcəlləsindən,” sözlərindən sonra “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanunundan,” sözləri əlavə edilsin.
2. 10-cu maddə üzrə:
2.1. 10.1-ci maddənin birinci cümləsində “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri “Azərbaycan Respublikasının Mərkəzi Bankı” sözləri ilə əvəz edilsin;
2.2. 10.2-ci maddənin birinci cümləsində “Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri “Azərbaycan Respublikasının Mərkəzi Bankı” sözləri ilə əvəz edilsin;
2.3. 10.4-cü maddədə “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma)” sözləri “Azərbaycan Respublikasının Mərkəzi Bankına” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 iyul 2023-cü il