logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Mərakeşin Kralı Əlahəzrət VI Məhəmmədə

Text size icon-size icon-size

29 iyul 2023, 12:53

Əlahəzrət,

Əziz Qardaşım,

Mərakeş Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən səmimi arzularımı çatdırıram.

Azərbaycan-Mərakeş əlaqələri xoş ənənələrə malikdir. Əminəm ki, ölkələrimiz arasında ənənəvi dostluq münasibətlərini möhkəmləndirmək, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı maraq doğuran əməkdaşlığımızı genişləndirmək üçün bundan sonra da birgə səylər göstərəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş xalqınıza daim əmin-amanlıq və rifah diləyirəm.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 iyul 2023-cü il

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi