Samid Quliyevdən, Lənkəran, Azərbaycan
10 sentyabr 2012, 12:50
Hörmətli Prezident!
Sizin daxili və xarici siyasət nəticəsində respublikamız beynəlxalq aləmdə etibar və nüfuz qazanmışdır. İndi Azərbaycan sözün əsl mənasında bir çox beynəlxalq məsələlərdə əsl söz sahibidir. Bu müvəffəqiyyətlərə bariz nümunə Macarıstanda həbsdə olan zabitimiz Ramil Səfərovun məhz Sizin dünya miqyasında olan nüfuzunuz sayəsində Azərbaycana ekstradisiya olunması və Sizin böyük cəsarətlə və milli qanunvericiliyimizə əsaslanaraq onu əfv etməyinizdir. Xalqımızın sevincinə biz dindarlar da qoşuluruq. Hər birimiz Ramil Səfərov kimi Vətənə sadiq olub Azərbaycan torpaqlarının işğaldan azad olunması yolunda bir əsgər kimi döyüşə hazırıq.
Lənkəran Rayon Ləj kənd dini icması və dindarları adından hörmətlə,
Quliyev Samid, kənd məscidinin axundu.
Azərbaycan Respublikası, Lənkəran şəhəri.