Məhərrəmovlar ailəsindən, Gəncə, Azərbaycan
11 sentyabr 2012, 09:20
Möhtərəm cənab Prezident!
Azərbaycan Ordusunun zabiti, Vətənimizin mərd və mübariz oğlu Ramil Səfərovun ömürlük həbs cəzasından azad olunması ilə bağlı apardığınız uzunmüddətli uğurlu danışıqlardan sonra azadlığa buraxılması ilə aldığımız sevincli xəbər cəmiyyət tərəfindən rəğbətlə qarşılanmışdır. Bu böyük uğura görə Sizə ailəm adından böyük minnətdarlığımızı bildiririk. Biz inanırıq ki, apardığınız ardıcıl uğurlu siyasət nəticəsində işğal altında olan torpaqlarımız Ali Baş Komandanın rəhbərliyi ilə tezliklə azad olunacaqdır.
Bu işdə Sizə uğurlar, uzun ömür və cansağlığı arzulayırıq.
Hörmətlə,
Məhərrəmovlar ailəsi.
Azərbaycan Respublikası, Gəncə şəhəri, 4-cü mikrorayon, ev 16, mənzil 21.