Azərbaycan Respublikasının Slovakiya Respublikasında (Bratislava şəhərində) Səfirliyinin təsis edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
Text size
28 iyul 2023, 16:36
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 2-ci bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikasının Slovakiya Respublikasında (Bratislava şəhərində) Səfirliyi təsis edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 iyul 2023-cü il