Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
27 iyul 2023, 14:10
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 25-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Gömrük Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 9, maddə 787; 2014, № 10, maddə 1155, № 11, maddə 1368; 2016, № 11, maddə 1791; 2017, № 3, maddə 339, № 7, maddə 1303, № 8, maddə 1510; 2018, № 1, maddə 30, № 11, maddə 2211, № 12 (I kitab), maddə 2521; 2019, № 1, maddə 30, № 5, maddə 814, № 8, maddə 1383; 2020, № 5, maddə 522, № 7, maddə 832, № 12 (I kitab), maddə 1438; 2021, № 11, maddə 1204, № 12, maddə 1315; 2022, № 12, maddə 1386; 2023, № 1, maddə 33, № 2, maddə 210, № 3, maddə 335) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 224.1-ci maddənin birinci abzasına “Dövlət rüsumu haqqında” sözlərindən sonra “, “Tullantılar haqqında” sözləri əlavə edilsin;
1.2. aşağıdakı məzmunda 233-1-ci maddə əlavə edilsin:
“Maddə 233-1. Minik avtomobillərinin gömrük ərazisinə gətirilməsinə görə utilizasiya haqqı
Gömrük ərazisinə gətirilən və istehsal-buraxılış vaxtından 4 (dörd) il keçən minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) gömrük rəsmiləşdirilməsi zamanı “Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə utilizasiya haqqı alınır.”.
Maddə 2. Bu Qanun 2024-cü il fevralın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 iyun 2023-cü il