logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Syerra-Leone Respublikasının Prezidenti Zati-aliləri cənab Culius Maada Bioya

Text size icon-size icon-size

26 iyul 2023, 16:40

Hörmətli cənab Prezident,

Syerra-Leone Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Syerra-Leone arasında münasibətlərin xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq məcrasında inkişafı, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı da daxil olmaqla çoxtərəfli təsisatlarda səmərəli əməkdaşlığımızın davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost xalqınızın rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 iyul 2023-cü il

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi