İsmayıl Əsədovdan, Zərdab, Azərbaycan
26 iyul 2023, 18:00
Hörmətli cənab Prezident.
Dünya siyasətinə öz möhürünü vuran, tarixə adını qızıl hərflərlə yazan Ulu Öndərimiz Heydər Əliyevin müdrik siyasətinin davamçısı kimi Sizin vətəndaşlara göstərdiyiniz diqqət və qayğı bizi hər vaxt yaşamağa, daha yaxşı işləməyə ruhlandırır.
Məhz buna görə də biz 30 ildə Qələbəyə olan inamımızı və əzmimizi itirmədik. Biz Heydər Əliyevin siyasi kursunun davamçısı kimi hər zaman Sizə güvənirik. Çünki ölkədə hər bir vətəndaşın hüquq və azadlığı yüksək səviyyədə qorunur.
Bu yaxınlarda müalicəmlə bağlı Zərdab Rayon Mərkəzi Xəstəxanasına müraciət etdim. Yaradılan şərait, müasir avadanlıqlar, tibbi personalın peşəkarlığı məni məmnun etdi.
Səhiyyə sisteminin inkişafı üçün görülən işlərə görə Sizə dərin minnətdarlığımızı bildirir, yeni-yeni uğurlar arzulayıram.
Hörmətlə,
Əsədov İsmayıl
Azərbaycan Respublikası, Zərdab rayonu.