Vasif Tağıyevdən, Abşeron, Azərbaycan
20 iyul 2023, 13:12
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Hər bir Azərbaycan vətəndaşı Sizinlə, gördüyünüz işlərlə fəxr edir və daim Sizə minnətdardır.
Azərbaycanın İran İslam Respublikasındakı səfirliyində işləyərkən Sizin rəhbərliyinizlə güclənən ölkəmizin hər bir uğuruna sevinir, güclü dövlətin nümayəndəsi kimi böyük həvəslə xidməti borcumu yerinə yetirirdim. Səfirliyin əməkdaşları ölkədən uzaqda olsa da daim diqqət və qayğınızı hiss edirdilər.
Tehran şəhərində yerləşən səfirliyimizə qarşı törədilmiş və ölümlə nəticələnmiş terror hadisəsində xidməti borcumu yerinə yetirərkən ağır yaralandığım ilk andan mənə və ailəmə çox böyük dəstək göstərdiniz. Mən bu gün də Sizin tərəfinizdən 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edilməyimin qürurunu yaşayıram.
Yüksək humanistliyinizə, mənə və ailəmə göstərdiyiniz qayğıkeş münasibətə, həmçinin mənzil şəraitimin yaxşılaşdırıldığına görə Sizə dərin minnətdarlığımı bildirirəm. Bundan sonra da Sizin sadiq əsgəriniz kimi dövlətimə xidmət edəcəyimə söz verirəm.
Dərin hörmətlə,
Tağıyev Vasif Natiq oğlu
Azərbaycan Respublikası, Abşeron rayonu.