“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
12 iyul 2023, 14:24
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 14-cü bəndini rəhbər tutaraq qərara alır:
“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 477; 2001, № 11, maddə 687, № 12, maddələr 731, 736; 2002, № 5, maddə 241, № 6, maddə 328; 2006, № 2, maddə 75; 2007, № 6, maddə 561, № 12, maddə 1197; 2008, № 7, maddə 602; 2010, № 4, maddə 275; 2013, № 5, maddə 477; 2016, № 11, maddə 1765; 2018, № 5, maddə 872, № 12 (I kitab), maddə 2505; 2019, № 8, maddə 1382, № 12, maddə 1908; 2020, № 5, maddə 507, № 6, maddə 670, № 7, maddə 827, № 11, maddə 1330, № 12 (I kitab), maddə 1425; 2021, № 8, maddə 897, № 11, maddə 1200) aşağıdakı dəyişikliklər edilsin:
1. 1-ci maddənin birinci hissəsi üzrə:
1.1. üçüncü abzasa “hər iki valideyni” sözlərindən sonra “aşağıda qeyd olunan kateqoriyaların hər hansı birinə aid olan” sözləri əlavə edilsin;
1.2. on doqquzuncu abzas iyirminci abzas hesab edilsin və həmin abzasa “qəyyumun (himayəçinin)” sözlərindən sonra “, himayədar valideynin (himayədar ailənin)” sözləri əlavə edilsin;
1.3. aşağıdakı məzmunda on doqquzuncu abzas əlavə edilsin:
“himayədar valideyn (himayədar ailə) - valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqları Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyən edilmiş qaydada tərbiyə olunması üçün himayəyə götürən yetkinlik yaşına çatmış, hər iki cinsdən olan, ən azı ümumi orta təhsilli, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan, Azərbaycan Respublikasının vətəndaşı olan şəxs (ər-arvad);”.
2. 3-cü maddə üzrə:
2.1. dördüncü hissə aşağıdakı redaksiyada verilsin:
“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün qəyyumlara (himayəçilərə) aylıq, himayədar valideynlərə (himayədar ailəyə) verilən aylıq və birdəfəlik müavinətlərin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.”;
2.2. aşağıdakı məzmunda yeddinci hissə əlavə edilsin:
“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar himayədar valideynlərə (himayədar ailəyə) verildikdən sonra da bu maddədə və bu Qanunun 5 – 8-ci maddələrində nəzərdə tutulmuş təminatlara olan hüquqlarını saxlayırlar.”.
3. 7-ci maddənin dördüncü hissəsinə “qəyyumun (himayəçinin),” sözlərindən sonra “himayədar valideynin (himayədar ailənin),” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 may 2023-cü il