Əlipənah Bayramovdan, Lerik, Azərbaycan
07 sentyabr 2012, 13:55
Hörmətli Prezident!
Dövlətimizin rəmzi, xalqımızın qüruru olan bayrağımızı təhqir etmiş mənfur erməni zabitini cəzalandırdığına görə ömürlük həbs edilmiş zabitimiz Ramil Səfərovun Macarıstandan ölkəmizə qaytarılmasına nail olmağınız və onun dərhal əfv edilməsi haqqında Sərəncamınız bizi ürəkdən şad etmişdir. Siz hər bir azərbaycanlının Prezidenti olduğunuzu bir daha sübut etdiniz. Biz bir daha gördük ki, hər bir vətəndaşın, əsgərin, zabitin, qayğısına qalırsınız.
Cənab Prezident, mən bu gün doğrudan da fəxr edirəm ki, Qarabağ döyüşlərində torpaqlarımızın müdafiəsində iştirak etmişəm və xalqımızın qanına susayan, torpaqlarımıza göz dikən ermənilərin bir çoxunu məhv etmişəm. Bu gün Ramil kimi igid oğlumuzun azad edilməsinə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Bu tarixi addımınız gənclərimizin Ramil Səfərov kimi cəsur, vətənpərvər böyüməsində mühüm rol oynayacaqdır.
Hörmətlə,
Bayramov Əlipənah,
İkinci qrup Qarabağ müharibəsi əlili.
Azərbaycan Respublikası, Lerik şəhəri.