Günel Məmmədovadan, Şəki, Azərbaycan
Text size
24 iyun 2023, 15:45
Hörmətli cənab Prezident.
Ümummilli Liderimiz Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar imzaladığınız əfv Sərəncamı bizim də ailəmizə sevinc gətirdi, həyat yoldaşım Polad Məmmədov azadlığa buraxıldı. Sizə dərin təşəkkürümü bildirirəm.
Cənab Prezident, biz Azərbaycan vətəndaşları olaraq əminik ki, dövlətimiz Sizin yürütdüyünüz uğurlu siyasət sayəsində daha da inkişaf edəcək və güclənəcəkdir.
Ulu Tanrı Sizi qorusun!
Hörmətlə,
Məmmədova Günel,
Azərbaycan Respublikası, Şəki şəhəri.