Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovdan
17 iyun 2023, 12:00
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu!
Azərbaycan Xalq Cümhuriyyətinin 105-ci ildönümü münasibətilə Tatarıstan Respublikasının sakinləri adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi qəbul edin. Doğma ölkənizin hərtərəfli inkişafı, onun iqtisadi gücünün və beynəlxalq arenada nüfuzunun möhkəmləndirilməsi naminə quruculuq yolunda Sizə, qardaş Azərbaycan xalqına səmimi-qəlbdən daimi uğurlar arzu edirik. Qoy, Azərbaycan dövlətçiliyinin banilərinin ideyaları və təcrübəsi bundan sonra da cəmiyyətin birləşməsinə xidmət etsin, ölkə vətəndaşlarını böyük işlərə ruhlandırsın, Azərbaycan Respublikasının inamlı və firavan gələcəyinin formalaşdırımasında dayaq olsun!
Rusiya-Azərbaycan münasibətləri çərçivəsində Tatarıstan və Azərbaycan arasında hərtərəfli əməkdaşlığın davamlı inkişafına ümid edirik. Bizim konstruktiv qarşılıqlı fəaliyyətimizin nəticələrinin Rusiya və Azərbaycan xalqları arasında əlaqələrin gücləndirilməsinə, bütövlükdə ümumi sülhün möhkəmləndirilməsinə mühüm töhfə olduğuna inanırıq.
Sizə, Sizin yaxınlarınıza və gözəl ölkənizin bütün sakinlərinə möhkəm cansağlığı, xoşbəxtlik arzulayıram.
Hörmətlə,
Rüstəm Minnixanov
Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi,
“Rusiya–İslam dünyası” Strateji Baxış Qrupunun sədri