Şəhid anasından, Bakı, Azərbaycan
17 iyun 2023, 11:47
Hörmətli cənab Prezident!
Sizin şəhid ailələrinə və qazilərə göstərdiyiniz diqqət və qayğı, dövlətimiz tərəfindən həyata keçirilən davamlı sosial tədbirlər hər zaman bizi qəlbən sevindirir. Siz heç bir zaman bizi - şəhid ailələrini yaddan çıxarmır, diqqət mərkəzində saxlayırsınız. Bununla həm biz təskinlik tapırıq, həm də hesab edirik ki, şəhidlərin ruhu şad olur.
Cənab Prezident, göstərilən diqqət və qayğıya görə Sizə “çox sağ olun!” deyirəm.
Fürsətdən istifadə edərək, Sizi və bütün xalqımızı hər birimiz üçün müqəddəs günə çevrilən 15 İyun – Milli Qurtuluş Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Hörmətlə,
Biləndərli Çiçək, şəhid anası.
Azərbaycan Respublikası, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi.