Həsənağa Əliyevdən, Bakı, Azərbaycan
07 sentyabr 2012, 15:05
Hörmətli Prezident, cənab Ali Baş Komandan!
Bu teleqramı Sizə Dövlət Sərhəd Xidməti Akademiyasının kursantı Əliyev Həsənağa Kazım oğlu yazır. Biz kursantlar hər bir zaman Sizin kimi peşəkar Prezidentimiz olduğu üçün fəxr edirik. Sizin səyiniz nəticəsində Azərbaycan xalqının mərd oğlu Ramil Səfərov öz doğma Ana Vətəninə gətirildi. Biz Dövlət Sərhəd Xidməti Akademiyasının kursantları Sizin bu humanist addımınızı alqışlayır və qarşınızda baş əyir, bir daha Sizə öz dərin təşəkkürümüzü bildiririk. Sizə söz veririk ki, Vətənimiz Azərbaycana, cənab Prezidentimizə, xalqımıza sadiq və layiqli zabitlər olacağıq.
Hörmətlə,
Əliyev Həsənağa Kazım oğlu,
Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi ev 5, mənzil 59.
Azərbaycan Respublikası, Bakı şəhəri.