“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
14 iyun 2023, 14:14
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 563; 2004, № 7, maddə 505; 2007, № 5, maddə 442; 2009, № 10, maddə 768; 2010, № 5, maddə 374; 2011, № 4, maddə 262, № 12, maddə 1091; 2015, № 11, maddə 1251; 2016, № 12, maddə 1991; 2017, № 6, maddə 1018; 2018, № 3, maddə 380, № 4, maddə 634; 2019, № 11, maddə 1689; 2021, № 5, maddə 429, № 7, maddə 701; 2022, № 4, maddə 292, № 7, maddə 696; 2023, № 2, maddə 198) 13-cü maddəsinə aşağıdakı məzmunda 10-1-ci hissə əlavə edilsin:
“10-1. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır.”.
Maddə 2. Bu Qanun 2023-cü il oktyabrın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 may 2023-cü il