logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İtaliya Respublikasının Prezidenti Zati-aliləri cənab Sercio Mattarellaya

Text size icon-size icon-size

13 iyun 2023, 19:30

Hörmətli cənab Prezident,

İtaliya Respublikası Nazirlər Şurasının keçmiş Sədri, görkəmli dövlət xadimi və ictimai-siyasi xadim Silvio Berluskoninin vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Silvio Berluskoninin Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında və genişlənməsində böyük töhfəsi var idi.

Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və bütün İtaliya xalqına dərin hüznlə başsağlığı verirəm.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 iyun 2023-cü il

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi