Aqil və Elvin Əhmədovlardan, Ağcabədi, Azərbaycan
08 iyun 2023, 17:29
Hörmətli cənab Prezident.
2023-cü il may ayının 26-da Qarasu çayının daşması nəticəsində sakini olduğum Ağcabədi rayonunun Aran kəndi böyük təbii fəlakətlə üz-üzə qalmışdı. İnsanlar təşviş və həyəcan içərisində idilər. Lakin, daşqın xəbərini alan andan etibarən bütün aidiyyəti dövlət qurumları texnikasını və canlı qüvvəsini səfərbər edərək Aran kəndinin sel daşqınlarına məruz qalmasının qarşısını aldı, beləliklə də kənd böyük təbii fəlakətdən xilas oldu.
Cənab Prezident, sel fəlakətinin qarşısı alınarkən biz bir daha əmin olduq ki, Azərbaycan dövləti hər zaman öz vətəndaşının yanındadır və onun təhlükəsiz yaşamasının qarantıdır. Biz belə bir dövlətin vətəndaşı olmağımızla sonsuz qürur hissi keçiririk. Fəxr edirik ki, müstəqil və güclü dövlətin vətəndaşlarıyıq.
Qoy, Ulu Tanrı Sizin yar və yardımçınız olsun.
Dərin hörmət və ehtiram hissi ilə,
Aqil və Elvin Əhmədovlar
Azərbaycan Respublikası, Ağcabədi rayonu, Aran kəndi.