Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 17 iyul tarixli 533 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
05 iyun 2023, 18:00
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 17 iyul tarixli 533 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 470; 2006, № 7, maddə 590; 2009, № 3, maddə 163; 2010, № 7, maddə 610; 2014, № 5, maddə 477; 2016, № 8, maddə 1384, № 9, maddə 1470; 2022, № 12, maddə 1444) ilə təsdiq edilmiş “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1. Aşağıdakı məzmunda 4.2-1-ci bənd əlavə edilsin:
“4.2-1. Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar iddiaçılardan tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi iddiaçıların razılığı ilə sorğu əsasında müvafiq dövlət qurumundan tələb olunur və ya iddiaçılar tərəfindən təmin edilir.”.
2. 4.4-cü bəndin dördüncü abzasına “təqdim olunmadıqda” sözlərindən sonra “(bu Qaydaların 4.2-1-ci bəndinin müddəaları nəzərə alınmaqla)” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 iyun 2023-cü il