Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 22 iyun tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının ixtisaslaşdırılmış pul hərraclarında satışı Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
05 iyun 2023, 18:04
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 22 iyun tarixli 283 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 6, maddə 498; 2023, № 1, maddə 70) ilə təsdiq edilmiş “Dövlət əmlakının ixtisaslaşdırılmış pul hərraclarında satışı Qaydaları”nın 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1. Aşağıdakı məzmunda 3.3-1-ci bənd əlavə edilsin:
“3.3-1. Hərracda iştirak etmək üçün nəzərdə tutulan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər sifarişçidən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi sifarişçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya sifarişçi tərəfindən təmin edilir.”.
2. 3.6-cı bəndin dördüncü abzasına “tam şəkildə təqdim olunmadıqda” sözlərindən sonra “(bu Qaydaların 3.3-1-ci bəndinin müddəaları nəzərə alınmaqla)” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 iyun 2023-cü il