Polşa Respublikasının Prezidenti Andjey Dudadan
02 iyun 2023, 15:55
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident!
Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Polşa Respublikası adından və şəxsən öz adımdan Sizə, ölkənizə, bütün vətəndaşlarınıza səmimi-qəlbdən təbriklərimi və xoş arzularımı çatdırmaqdan şərəf duyuram.
Polşa Respublikası ilə Azərbaycan Respublikasının dinamik inkişaf edən ikitərəfli əlaqələri ölkələrimiz arasında hörmətin, rəğbətin, əməkdaşlığa verilən əhəmiyyətin ən yaxşı ifadəsidir. Azərbaycan Polşa üçün Cənubi Qafqaz regionunda çox mühüm tərəfdaşdır və biz Azərbaycanla bir çox sahələrdə - iqtisadi, siyasi və mədəni sahələrdə əməkdaşlığı dərinləşdirmək istəyirik. Biz iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsində və ölkələrimizin yüksək iqtisadi potensialına uyğun səviyyəyə çatdırılmasında xüsusilə maraqlıyıq.
Hörmətli cənab Prezident, Sizə cansağlığı, firavanlıq, Azərbaycan Respublikasının bütün vətəndaşlarına sülh, əmin-amanlıq, ölkənizin hərtərəfli inkişafının möhkəmləndirilməsi üçün fəaliyyətinizdə uğurlar arzulayıram. Cənab Prezident, fürsətdən istifadə edərək, Sizin üçün əlverişli vaxtda Polşaya dəvətimi təkrarlayıram.
Dərin hörmətlə,
Andjey Duda
Polşa Respublikasının Prezidenti