Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi Njupuo Yap Mariatudan
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
01 iyun 2023, 16:49
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri, cənab Prezident!
Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi, Azərbaycan xalqına tərəqqi və rifah arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Azərbaycanla Beynəlxalq Mülki Müdafiə Təşkilatı arasındakı yüksək səviyyəli əməkdaşlıqdan məmnunam. 2023-cü il mayın 18-19-da ölkənizə rəsmi səfərim zamanı Zati-alinizlə məhsuldar görüş keçirmək şərəfinə nail oldum.
Mən mülki müdafiə sahəsində tərəfdaşlığımızın perspektivlərini möhkəmləndirmək istiqamətində işləmək əzmində olduğuma Sizi əmin edirəm.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Hörmətlə,
Njupuo Yap Mariatu
Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi