Akif Ələkbərovdan, Tovuz, Azərbaycan
Text size
07 sentyabr 2012, 17:25
Möhtərəm Prezident!
Ramil Səfərov kimi vətənpərvər oğulun ölkəyə gətirilməsində gərgin əməyiniz danılmazdır. Tovuzun Əlibəyli kəndi ermənilərin bir neçə addımlığında yerləşir. Erməni təcavüzünün ağrı-acısını yaşayan bir sərhəd kəndinin sakini kimi buna son qoyulmasının nə qədər vacib olduğunu yaxşı bilirəm. Bu sahədə gərgin əməyinizi yüksək qiymətləndirir, Ali Baş Komandan kimi Sizə uğurlar arzulayıram. Ramil Səfərovu azad etdiyinizə görə Sizə Əlibəyli kənd sakinləri adından minnətdarlığımı bildirirəm.
Hörmətlə,
Ələkbərov Akif Yunis oğlu,
Azərbaycan Respublikası, Tovuz rayonu Əlibəyli kəndi.