İlham Əliyev Şəkidə salınmış yeni qəsəbədə Şuşadan olan məcburi köçkünün evində olmuşdur
Text size
09 sentyabr 2012, 18:00
Prezident İlham Əliyev Şəkiyə səfəri çərçivəsində bu rayonda 423 məcburi köçkün ailəsi üçün salınmış yeni qəsəbədə Şuşadan olan məcburi köçkün Vaqif Hüseynovun evində olmuşdur.
Ailə üzvləri dövlətimizin başçısını mehribanlıqla qarşıladılar, onlara yaradılmış şəraitə görə dövlətimizin başçısına minnətdarlıq etdilər.
Bu ailədən olan iki uşaq dövlətimizin başçısına Xalq Şairi Səməd Vurğunun “Azərbaycan” şeirini söylədilər.
Azərbaycan Prezidenti evdə yaradılmış şəraitlə tanış oldu.
Məlumat verildi ki, ailə üzvlərinin sayı altı nəfərdən ibarət olan Vaqif Hüseynovun evi dördotaqlıdır. Burada ailənin rahat yaşaması üçün hər cür şərait yaradılmışdır.