Azərbaycan ilə İsrail arasında səhiyyə və tibb elmi sahələrində Əməkdaşlıq Planı imzalanıb
Text size
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
30 may 2023, 13:25
Mayın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun iştirakı ilə “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İsrail Dövlətinin Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahələrində 2023-2028-ci illər üçün Əməkdaşlıq Planı” imzalanıb.
Sənədi Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev və İsrail Dövlətinin daxili işlər və səhiyyə naziri Moşe Arbel imzaladılar.