Vüsal Hüseynovdan, Göyçay, Azərbaycan
Text size
30 may 2023, 16:31
Hörmətli cənab Prezident.
Mayın 25-də Moskva şəhərində keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclasında Azərbaycan Respublikasını layiqli təmsil etdiyiniz üçün Sizə təşəkkür edirəm.
Xüsusilə Sizin dövlət rəhbərləri arasında iclas zalına vüqarla daxil olmağınız məni çox qürurlandırdı.
Sizin müdrik xarici siyasətiniz nəticəsində Azərbaycan Respublikası bütün dünyada güclü nüfuz qazanmışdır. Sizin beynəlxalq arenada güclü və qətiyyətli mövqeyinizin müsbət nəticələrini hələ çox görəcəyik.
Azərbaycan xalqı buna görə hər zaman Sizinlə qürur duyur.
Çox sağ olun, cənab Prezident.
Hörmətlə,
Hüseynov Vüsal.
Azərbaycan Respublikası, Göyçay şəhəri.