logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counzdan

Text size icon-size icon-size

26 may 2023, 18:40

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident!

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi, xoş arzularımı çatdırıram.

BP şirkəti Azərbaycanın uzunmüddətli strateji tərəfdaşı kimi müasir ölkənizin müxtəlif sahələrdə tərəqqisinin şahidi olmaqdan, eləcə də neft və qaz sənayesinin inkişafına töhfə verməkdən qürur duyur.

Biz bu səmərəli tərəfdaşlığın uzun illər davam edəcəyinə və Azərbaycan xalqının rifahının daha da yüksəlməsinə xidmət göstərəcəyinə inanırıq.

Zati-aliləri, Sizi bu əlamətdar bayram münasibətilə bir daha təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına sülh, rifah və tərəqqi arzulayıram.

Hörmətlə,

Qəri Counz

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi