Vəfa Nəbiyevadan, Gəncə, Azərbaycan
05 sentyabr 2012, 10:20
Möhtərəm cənab Prezident!
Macarıstanda ömürlük həbs cəzasına məhkum edilmiş zabitimiz Ramil Səfərovun apardığınız uğurlu siyasət nəticəsində Vətənimizə ekstradisiya edilməsi və Sizin Sərəncamınızla əfv olunması cəmiyyətimizdə böyük ruh yüksəkliyi doğurmuşdur.
Bu böyük uğura görə Sizə ailəm və 15 nömrəli tam orta məktəbin kollektivi adından dərin minnətdarlığımı bildirirəm. Biz inanırıq ki, işğal altında olan torpaqlarımız Ali Baş Komandanımızın rəhbərliyi altında tezliklə azad ediləcəkdir. Bu işdə Sizə uğurlar arzulayır, uzun ömür, möhkəm cansağlığı diləyirik.
Hörmətlə,
Nəbiyeva Vəfa Rasim qızı,
15 nömrəli orta məktəbin direktoru.
Azərbaycan Respublikası, Gəncə şəhəri.