Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviçdən
Text size
26 may 2023, 14:30
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri!
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə Bosniya və Herseqovinanın Rəyasət Heyəti adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi, ölkənizin daha da inkişafı naminə ən xoş arzularımı çatdırmaq istərdim.
Fürsətdən istifadə edərək, Bosniya və Herseqovina ilə Azərbaycan Respublikası arasında dostluq münasibətlərinin ölkələrimizin rifahı naminə bundan sonra da inkişaf edəcəyinə qəti inamımı bildirirəm.
Zati-aliləri, Sizə dərin ehtiramımı çatdırıram.
Hörmətlə,
Jelka Tsviyanoviç
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri