Könül Səfərovadan, Salyan, Azərbaycan


27 may 2023, 11:56
Hörmətli cənab Prezident.
İlk növbədə, şəhid ailələrinə və qazilərə göstərdiyiniz diqqət və qayğıya görə Sizə və Mehriban xanıma təşəkkür edirəm.
Mən 44 günlük Vətən müharibəsində şəhid olmuş Səfərov Coşqun Əhməd oğlunun anasıyam. Uzun illərdir Salyan Rayon Mərkəzi Xəstəxanasında tibb bacısı işləyirəm. Bu dövlət səhiyyə ocağında yaradılan şəraitdən, şəhid ailələrinə və qazilərə göstərilən xoş davranışdan hər bir insan razılıq edir.
Əziz Prezidentimiz, Sizin tapşırıqlarınızla həyata keçirilən işlərdə vətəndaş məmnuniyyəti bu gün hər şeydən öndə gəlir. Mənim oğlum da daxil olmaqla, neçə-neçə şəhidin ailə üzvləri bizim xəstəxanada işlə təmin olunub.
Cənab Prezident, Sizə bir daha təşəkkür edirəm ki, şəhid ailələrinə və qazilərə böyük diqqət və qayğı göstərir, gəncləri irəli çəkirsiniz.
Hörmətlə,
Səfərova Könül İmran qızı, şəhid anası.
Azərbaycan Respublikası, Salyan şəhəri.