logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan

Text size icon-size icon-size

25 may 2023, 15:20

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu!

Milli bayram – Müstəqillik Günü münasibətilə Sizi və bütün azərbaycanlıları Belarus xalqı adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.

Siz bu bayramı dahi və müdrik siyasətçi, müasir Azərbaycanın banisi və Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinin geniş qeyd edildiyi bir vaxtda qarşılayırsınız.

Ölkənizin dinamik inkişaf edən iqtisadiyyatı, regionda açar rolu, beynəlxalq aləmdə artan nüfuzu Sizin atanızın əsasını qoyduğu və tərəfinizdən uğurla davam etdirilən, güclü, suveren dövlətin qurulmasına yönəlmiş yaradıcı kursun düzgünlüyünün danılmaz sübutudur.

Qəti əminəm ki, Minsk və Bakının qarşılıqlı maraqlara və ənənəvi etibarlı dostluq münasibətlərinə əsaslanan strateji tərəfdaşlığı bundan sonra da möhkəmlənərək yeni forma və istiqamətlər üzrə zənginləşəcək.

Hörmətli İlham Heydər oğlu, Sizə və ailənizə səmimi-qəlbdən möhkəm cansağlığı, firavanlıq, qardaş Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

Aleksandr Lukaşenko

Belarus Respublikasının Prezidenti

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi