logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Sahib Məmmədovdan, Sumqayıt, Azərbaycan

Text size icon-size icon-size

05 sentyabr 2012, 11:30

Zati-aliləri, möhtərəm Prezident!

Sizin müdrik siyasətiniz sayəsində ölkəmizin beynəlxalq nüfuzu gündən-günə artır.

Bütün sahələrdə olduğu kimi, diplomatiya sahəsində də böyük uğurlara imza atılır. Macarıstanda həbsdə olan həmyerlimiz Ramil Səfərovun Azərbaycana ekstradisiya olunması və Sizin humanist prinsiplərə əsaslanan Sərəncamınızla əfv edilməsi hamımızın ürəyincədir. Gündən-günə abadlaşan, gözəlləşən Azərbaycanı dünya miqyasında iqtisadi, siyasi, diplomatik sahələrdə böyük imicə və söz sahibinə malik dövlətə çevirməklə Siz bir daha sübut etdiniz ki, həqiqətən hər bir azərbaycanlının, hər bir əsgərin, hər bir zabitin qayğıları ilə yaşayan və onların arxasında duran qüdrətli dövlət başçısısınız.

Bu bizə güc və qüvvət verir.

Hörmətlə,

Məmmədov Sahib Hüseyn oğlu.
Azərbaycan Respublikası, Sumqayıt şəhəri, Corat qəsəbəsi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi