“Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 14 may tarixli 2163 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
23 may 2023, 16:53
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 14 may tarixli 2163 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 5, maddə 500; 2008, № 11, maddə 970; 2009, № 12, maddə 1053; 2011, № 7, maddə 699; 2012, № 4, maddə 354, № 6, maddə 594; 2014, № 12, maddə 1647; 2018, № 3, maddə 521; 2022, № 3, maddə 248) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 2-ci hissədə “655” rəqəmləri “757” rəqəmləri ilə əvəz edilsin;
1.2. həmin Sərəncamla təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin strukturu”nun 3-cü hissəsi üzrə:
1.2.1. birinci abzasda “sisteminə” sözü “strukturuna” sözü ilə əvəz edilsin;
1.2.2. ikinci abzas ləğv edilsin;
1.2.3. “Bakı şəhər regional miqrasiya baş idarəsi” abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:
“Naxçıvan regional miqrasiya baş idarəsi”.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. bu Sərəncamın 1.2-ci bəndi nəzərə alınmaqla, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanununun təkmilləşdirilməsinə dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 may 2023-cü il