İctimai və sosial məqsədlər üçün yaradılmış fondların siyahısının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Text size
23 may 2023, 14:37
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 677-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
“İctimai və sosial məqsədlər üçün yaradılmış fondların siyahısı” təsdiq edilsin (əlavə olunur).
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 may 2023-cü il